Yuxarı

Ümumdünya Səhiyyə Təşkilatının 68-ci sessiyası başlayıb

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyyəti ÜST-nin sessiyasında iştirak edir

Bakı. 18 may. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 9 gün davam edəcək 68-ci sessiyasında virus xəstəliklərinin yayılması, bu yolla yoluxma hallarına qarşı mübarizəyə hazırlıq, yoluxucu olmayan xəstəliklərə qarşı mübarizə və davamlı səhiyyə sistemlərinin yaradılması kimi məsələlər müzakirə ediləcək.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Xəbərə görə, Cenevrədə keçirilən toplantı bu gün başlayıb. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyyəti ÜST-nin sessiyasında iştirak edir.

194 üzv-dövlətin təmsilçiləri təşkilatda islahatın aparılması, onun büdcəsi, səhiyyənin problemləri və onun ətraf mühitlə əlaqəsi kimi məsələləri də müzakirə edəcəklər.

Məlumata əsasən, əsas diqqət öldürücü Ebola xəstəliyi virusunun yayılması və ona qarşı mübarizəyə yönələcək.

Qeyd edək ki, ötən il bu xəstəlikdən 11 min nəfərdən çox insan dünyasını dəyişib.

ÜST iclası mayın 26-da başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi