Yuxarı

ÜST: Dünya əhalisinin 92 faizi natəmiz hava ilə nəfəs alır

Hər il təqribən 3 milyon insan ziyanlı tullantılarla bağlı xəstəliklərdən vəfat edir

Bakı. 27 sentyabr. REPORT.AZ/ Dünya əhalisinin 92 faizi təmizliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) normalarına cavab verməyən hava ilə nəfəs alır.

"Report" xəbər verir ki, bu barədə ÜST-ün məlumatında bildirilir.

Təşkilat tərəfindən aparılan tədqiqatların nəticələri interaktiv xəritədə öz əksini tapıb. Onun tərtib olunması üçün bütün dünya üzrə quraşdırılan üç min yerüstü müşahidə stansiyası, həmçinin peyk vasitəsi ilə əldə olunan məlumatlardan istifadə olunub.

ÜST-ün məlumatına görə, hər il təqribən 3 milyon insan ziyanlı tullantılarla bağlı xəstəliklərdən vəfat edir. Müəssisələr daxilində havanın keyfiyyətinin pis olması da insan sağlamlığına mənfi təsir göstərir. Təkcə 2012-ci ildə bu səbəblərdən 6,5 milyondan çox insan həyatını itirib. Bütün ölüm hallarının təqribən 90 faizi gəlir səviyyəsi aşağı və orta olan ölkələrin payına düşür.

Havanın keyfiyyəti ilə bağlı xəstəliklərə ürək-damar və tənəffüs sistemi xəstəlikləri aiddir.

Məlumatda bildirilir ki, ətraf mühiti təkcə insan çirkləndirmir. Qum burulğanı kimi təbiət hadisəsi, məsələn havanın keyfiyyətinə mənfi təsir göstərə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi