Ümummilli lider Heydər Əliyevin ildönümü Mərkəzi Neftçilər Xəstəxanasında qeyd olunub

Ümummilli lider Heydər Əliyevin ildönümü Mərkəzi Neftçilər Xəstəxanasında qeyd olunub Xəstəxanada vətəndaşların Check-up müayinələri təşkil edilib
Sağlamlıq
10 May , 2017 20:11
Ümummilli lider Heydər Əliyevin ildönümü Mərkəzi Neftçilər Xəstəxanasında qeyd olunub

Bakı. 10 may. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin ildönümü münasibətlə bir çox tibb müəssisələrində müxtəlif səpkili tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında vətəndaşların Check-up müayinələrin təşkili olub.

Nazirlikdən “Report”a verilən məlumata görə, səhər saatlarından başlayan müayinələrə ümumilikdə 719 nəfər müraciət edib. Bunlardan 135 nəfər kardioloq, 117 nəfər neropatoloq, 128 terapevt, 78 nəfər oftalmoloq müayinəsindən keçib. Digərləri Mərkəzin endokrinoloq, LOR, uroloq, ginekoloq, revmatoloq, travmotooq-ortoped, infeksionist, allerqoloq və.s həkim müayinəsində olub, yaradılmış tibbi yardımdan yararlanıblar.

Müayinələr zamanı 393 nəfər USM, EKQ, EXO, Rentgen, EEQ müayinələrindən keçib. Bir nəfər isə stasionara yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi