Türkiyəli professor 700 insanın nəfəs borusu və ağciyərindən müxtəlif əşyalar çıxarıb

Türkiyəli professor 700 insanın nəfəs borusu və ağciyərindən müxtəlif əşyalar çıxarıb O, xüsusilə 3 yaşlı uşaqlara qarşı diqqətli olmağın vacibliyini deyib
Sağlamlıq
4 Avqust , 2017 20:21
Türkiyəli professor 700 insanın nəfəs borusu və ağciyərindən müxtəlif əşyalar çıxarıb

Bakı. 4 avqust. REPORT.AZ/ Türkiyənin İzmir şəhərində cərrah kimi fəaliyyət göstərən professor Melih Kaptanoğlu 1993-cü ildən indiyədək 700 insanın nəfəs borusu və ağciyərlərindən müxtəlif əşyalar çıxarıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, M.Kaptanoğlu insanların ağciyərindən iynə, klon, diş protezi, oyuncaq, bolt və s. bir çox cisimlər çıxardığını açıqlayıb.

Boğaza yad bir cisim getdiyi anda həmin dəqiqə müdaxilə olunmasının vacibliyini vurğulayan professor bəzi iti uclu əşyaların daxildə hərəkət etdiyini və orqanizmin başqa yerlərinə getdiyini deyib: "İti olmayan əşyalar da uşaqlarda tez-tez infeksiya yaradır, temperaturunu yüksəldir. Bu hadisələr daha çox 3 yaşlı uşaqlarda görünür. Böyüklər arasında da belə hadisələr qeydə alınır. Diş protezini, nəfəs almaq üçün boğaza taxılan cihazın dəmir borusunu udanlar olur. Bundan başqa, hicablı qadınlar ağızlarına qoyduqları bir neçə iynəni bir yerdə uda bilir. Bu cür hallar olanda çoxunu nəfəs borusundan çıxarırıq. Amma bəzi iynələri çiyəri açıb çıxarmağa məcbur oluruq".

Onun sözlərinə görə, atəşi düşməyən və davamlı öskürən uşaqların yad cisim udmasından şübhələnmək lazımdır: "Uşaqlar böyük əşya udduğu təqdirə nəfəs almaqda çətinlik çəkir, bəzən xəstəxanaya çatdırılmadan dünyasını dəyişirlər". 

Son xəbərlər

Orphus sistemi