​Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müasir peyvənd otağı yaradılıb

​Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müasir peyvənd otağı yaradılıb Klinikada Milli Peyvənd təqvimindəki siyahıdan əlavə həkimin məsləhəti ilə bir sıra xəstəliklər də yoxlanılır
Sağlamlıq
13 Aprel , 2015 16:19
​Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müasir peyvənd otağı yaradılıb

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında peyvənd otağı yaradılıb. Bu barədə "Report"a ATU-dan məlumat verilib.

Burada xəstələrə "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" qanunda nəzərdə tutulan zəruri peyvəndlər edilir. Onlar arasında Hepatit B, vərəm, poliomielit, göy öskürək, tetanus və digərləri var. Klinikada Milli Peyvənd təqvimindəki siyahıdan əlavə həkimin məsləhəti ilə insan papilloması virusu, suçiçəyi, hepatit A, meninqokokk infeksiyası və qrip xəstəliklərinə qarşı da peyvəndlər etdirmək mümkündür.

Peyvənd otağı ATU-nun Tədris Terapevtik Klinikasının ikinci mərtəbəsində yerləşir. Bu mərkəz peyvəndin aparılması üçün zəruri olan avadanlıqlarla təchiz edilib. Bura peyvəndlərin saxlanılması üçün soyuducu, şok əleyhinə yardım vasitələri, tibbi ləvazimatlar, bakterisid lampa daxildir. Bu kabinet peyvənd olunan uşaqların özünü yaxşı hiss etməsi üçün oyuncaqlar, uşaq mebeli, müasir tibbi taxtla təchiz olunub, daha körpələr üçün isə bələk masası qoyulub. 

ATU-nun Tədris Terapevtik Klinikasında vurulan peyvəndlər əsasən Böyük Britaniyanın GlaxoSmith Kline dərman şirkətindən alınır. Peyvəndin vurulması vaksinoprofilaktika sağlamlığı üzrə hazırlıq keçmiş tibb personalı tərəfindən həyata keçirilir. Peyvənd otağında xüsusi maarifləndirici kitabçalar da var. Bu kabinet gündə 2 dəfə dezinfeksiyaedici vasitələrlə təmizlənir. Peyvənd vurdurmaq üçün gərək vətəndaşın sağlamlıq vəziyyəti haqqında həkimin yazılı rəyi olsun. Burada həmin şəxsin müvafiq peyvənd olunmağa qarşı əks-göstərişin olmadığı qeyd edilməlidir. Peyvənd yalnız bu rəy əsasında vurula bilər.

Son xəbərlər

Orphus sistemi