Yuxarı
    Bağlamaq

    Tibb Universitetinin professoru vəfat edib

    Xurşud Quliyeva Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub

    Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) professoru vəfat edib.

    “Report” xəbər verir ki, tibb elmlər doktoru, professor, “Şöhrət” ordenli Xurşud Quliyeva dünyasını dəyişib.

    Qeyd edək ki, X.Quliyeva Azərbaycan Tibb Universitetinin IV (keçmiş Pediatriya fakultəsinin) cərrahi xəstəliklər kafedrasının yarandığı ilk gündən orada işləyib, ordinator, assisent və nəhayət professor səviyyəsinə qədər yüksəlib. Profossor X.Quliyeva 1970-1980-ci illərdə kafedraya rəhbərlik edib və bu dövrdə professor F.Ə.Əfəndiyevin və professor A.N. Tahirovun başlayıb apardıqları elmi-metodik istiqamətləri davam etdirərək kafedranın elmi tematikasını cərrahi endokrinolokiyaya aid elmi axtarışlarla zənginləşdirib.

    O, 100-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 2 doktorluq və 2 namizədlik dissertasiyaları yerinə yetirilib. Professor X.Quliyeva ömrünün sonuna kimi kafedrada professor-konsultant kimi fəaliyyət göstərib.

    2010-cu ildə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə X.Quliyeva “Şöhrət” ordeni ilə təltif olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi