"Təcili tibbi yardım"da çalışan həkimlərin sayı açıqlanıb

"Təcili tibbi yardım"da çalışan həkimlərin sayı açıqlanıb Tibbi Yardım xidməti Bakı və ətraf kəndlərin 12 rayonunun ərazisində təqribən 56-57 min xəstəyə yardım edir
Sağlamlıq
7 Sentyabr , 2015 13:51
Təcili tibbi yardımda çalışan həkimlərin sayı açıqlanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası nəzdində 751 həkimin və 1 011 orta tibb işçisinin çalışdığı 21 köməkçi yardım stansiyası və 20 filial fəaliyyət göstərir. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xidmətin köməkçi stansiyaları tibbi yardıma ehtiyacı olan vətəndaşların çağrılarına ən qısa zaman ərzində yetişmək üçün şəhər və ətraf kəndlərdə əhali sıx məskunlaşdığı ərazilərdə yerləşdiriliblər.

Gün ərzində xətdə 141 səyyar briqada növbə tutur, 23 ARB (o cümlədən iki pediatrik briqada), səyyar laboratoriya, səyyar rentgen briqadası fəaliyyət göstərir. Hər ay Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti Bakı və ətraf kəndlərin 12 rayonunun ərazisində təqribən 56-57 min xəstəyə yardım edir.

Son xəbərlər

Orphus sistemi