Yuxarı

Təbrizli həkimlər Naxçıvana səfər ediblər

Əməkdaşlıq məsələləri razılaşdırılıb

Bakı. 6 fevral. REPORT.AZ/ Təbriz Tibb Universitetinin müəllim heyəti Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib.

İranın Naxçıvandakı baş konsulluğundan "Report"a verilən məlumata görə, səfər çərçivəsində universitetlə Naxçıvan MR Səhiyyə Nazirliyi və elm mərkəzləri arasında səhiyyə və müalicəyə dair əməkdaşlıq məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Yeddi nəfərlik universitet heyəti Naxçıvan MR Səhiyyə Nazirliyinin rəhbərliyi ilə görüşüb, müxtəlif səhiyyə obyektləri ilə tanış olub, səhiyyə sahəsində ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirə və fikir mübadiləsi aparıblar.

Nümayəndə heyəti daha sonra İranın Naxçıvandakı baş konsulluğuna gələrək keçirdikləri görüşlər və tanışlıqları barədə baş konsul Mansour Airomla müzakirə aparıblar. Görüş zamanı baş konsul mövcud əməkdaşlıq imkanları barədə məlumat verərək müzakirələrin nəticəli olması üçün təkid edib.

Müştərək elmi seminarların təşkili, həkimlər arasında təcrübə və məlumat mübadiləsinin aparılması məqsədilə Təbrizə göndərilməsi, qısa və uzunmüddətli kurslarda iştirak və iranlı mütəxəssislərdən ibarək qrupların Naxçıvana göndərilməsi məsələləri səfər çərçivəsində razılaşdırılan mövzular olub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi