TƏBİB sədri: "Koronavirusu yayanlar daha çox xəstəlik əlaməti olmayan şəxslərdir"

TƏBİB sədri: "Koronavirusu yayanlar daha çox xəstəlik əlaməti olmayan şəxslərdir" Xəstəliyi yayanlar daha çox simptomsuz, xəstəlik əlaməti keçirməyən şəxslərdir.
Sağlamlıq
8 Aprel , 2020 18:47
TƏBİB sədri: Koronavirusu yayanlar daha çox xəstəlik əlaməti olmayan şəxslərdir

"Xəstəliyi yayanlar daha çox simptomsuz, xəstəlik əlaməti keçirməyən şəxslərdir".

“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlının sözlərinə görə, həmin şəxslər ünsiyyətdə olduqlarını virusa yoluxdurduğunu bilmirlər: “Onların 30-60-a qədər insanı yoluxdurması mümkündür və nəzərə alsaq ki, inkubasiya dövrü 14-21 gündür. Önümüzdəki iki həftədə tələb olunan qaydalara ciddi əməl edilsə, 3 həftədən sonra nikbin ssenaridən danışmaq mümkün ola bilər”.

Son xəbərlər

Orphus sistemi