Yuxarı

Azərbaycanda son üç ildə 50-dək xəstəyə canlı donordan böyrəkköçürmə əməliyyatı icra olunub

100-dən artıq xəstə böyrək köçürülməsi üçün növbədə dayanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Böyrəkköçürmə sahəsində son üç ildə 49 xəstəyə canlı donordan böyrəkköçürmə əməliyyatı aparılıb". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov deyib.

Onun sözlərinə görə, ölkədə hazırda 100-dən artıq xəstə isə böyrək köçürülməsi üçün növbədə dayanıb: "Böyrək əməliyyatlarının dünya üzrə müvəffəqiyyət göstərcisi 95-97 faiz təşkil edir. Azərbaycanda isə bu göstərici 92-95 faiz arasında dəyişir. Son beş il ərzində əməliyyatlarda yalnız bir xəstədə ölüm halı qeydə alınıb".

Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunan 732 nəfərin olduğunu deyən şöbə müdiri qeyd edib ki, klinikada il ərzində 1200-ə qədər cərrahiyə əməliyyatları icra olunur: "Böyrək xəstəliyinin cavanlaşması iki səbəblə bağlıdır. Bu xəstəliklə anadan olan uşaqların müasir tibbi qayğı ilə uzun müddət yaşaması hesabına baş verir. Bu uşaqlar əvvəllər anadan olan kimi ölürdülər. Digər tərəfdən isə müasir diaqnostik imkanlar inkişaf etdiyindən cavan yaşda erkən aşkar oluna bilməyən böyrək xəstəlikləri indi aşkarlanır".

Ş. Nəsirov onu da qeyd edib ki, klinikanın 10 çarpayılıq hemodializ şöbəsində il ərzində 3680-dən artıq dializ seansı aparılır.

O, həmçinin əlavə edib ki, uşaq uroloji şöbəsi üzrə il ərzində 2 100-dən artıq xəstə ambulator müayinədən keçirilir: "Onlardan təxminən 500 nəfəri cərrahiyyə əməliyyata məruz qalır. Klinikada uşaqlarda plastik cərrahi əməliyyatlar (ureteropieloanastomoz, ureterosistoneostomoiya, antivasal pieloanastomoz, uretroplastika və s.) , aşağı və yuxarı sidik yollarının əməliyyatları icra olunur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi