2019-cu il ərzində nikaha daxil olmaq istəyən 135551 nəfər müayinədən keçib.
Bunu “Report”a Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.
Direktorun sözlərinə görə, onlardan 3658 nəfərdə talassemiya daşıyıcılığı, 381 nəfərdə sifilis, 150 şəxsdə isə QİÇS aşkarlanıb: "Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 46 olub. Təkcə dekabr ayı ərzində isə 9149 nəfərin müayinəsi aparılıb. Müayinədən keçən 265 nəfərdə talassemiya daşıyıcılığı, 36 nəfərdə sifilis, 15 nəfərdə isə QİÇS isə aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 3 olub".
Z.Əlimirəzyeva qeyd edib ki, 2015-ci ildən indiyədək 635364 nəfərdə qan müayinəsi aparılıb: “21893 cütlükdən birində talassemiya daşıyıcılığı, 235 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2109 nəfərdə sifilis, 605 nəfərdə HİV(QİÇS) qeydə alınıb".