Yuxarı

Şöbə müdiri: “Göyçayda zəhərlənmənin ət yeməklərindən baş verdiyi ehtimal olunur”

“Şirələrdən kütləvi halda zəhərlənmənin baş verməsi inandırıcı deyil”

Bakı. 24 avqust. REPORT.AZ/ "Göyçay rayonunun Yekəxana kəndində keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmənin hansı qidadan baş verdiyi araşdırılır. Nəticələr yaxın bir-iki günə bilinəcək".

Bunu "Report"a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin Qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, zərərçəkən insanlardan, eləcə də toyda istifadə olunan qidalardan müayinə üçün nümunələr götürülüb.

İ.Abdullayev onu da bildirib ki, şirələrdən kütləvi halda zəhərlənmənin baş verməsi inandırıcı deyil: "Şirələr mədə-bağırsaq sistemində problemi olan insana mənfi təsi edə bilər. Kütləvi halda zəhərlənmənin isə toyda istifadə olunuş ət yeməklərindən baş verdiyi ehtimal olunur. Toyda bozartma, lülə-tikə kababadan istifadə olunub. Bozartma qaynar halda süfrəyə verilməlidir. Saxlayıb soyutduqda isə zəhərlənməyə yol aça bilər. Lülə kababın bişirilməsində farşdan istifadə olunduğu üçün daha diqqətli olmaq lazımdır. Çünki farş halda ət yarım saata xarab ola bilər".

İ.Abdullayev onu da bildirib ki, hava isti olduğu üçün ət bişirilməzdən əvvəl də xarab ola bilər. Onun sözlərinə görə, yaxşı bişmiş əti iki sutka da saxlamaq olar: "Bişirilmiş əti 6 dərərcədən aşağı və ya 65 dərəcədən yuxarı temperaturda saxlamaq lazımdır. Digər hallarda həmin qidada mikroblar yaranır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi