"Sərhədsiz Həkimlər" Ebola virusu ilə bağlı insanları məlumatlandırmağa çalışır

"Sərhədsiz Həkimlər" Ebola virusu ilə bağlı insanları məlumatlandırmağa çalışır Sərhədsiz Həkimlər Təşkilatı Online-da Ebola ilə mübarizə üçün təlim proqramı yerləşdirib
Sağlamlıq
13 Noyabr , 2014 23:42
Sərhədsiz Həkimlər Ebola virusu ilə bağlı insanları məlumatlandırmağa çalışır

Bakı. 13 noyabr. REPORT.AZ/Bu ilin əvvəlindən başlayaraq Ebola virusunun Qərbi Afrikada vüsət almasından və bu xəstəliyin 5000 nəfərin həyatına son qoymasından sonra dünya boyu səhiyyə rəsmiləri bu xəstəliklə bağlı insanları məlumatlandırmağa çalışır. Rəqəmsal texnologiya və İnternet bunu etməyə imkan verir.

Baş qərargahı Fransada yerləşən Sərhədsiz Həkimlər Təşkilatı Online-da Ebola ilə mübarizə üçün təlim proqramı yerləşdirib. Britaniyanın kompyuter oyunları yaradıcıları da İnternetə Ebola virusu ilə mübarizə adlı oyununu yerləşdirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Sərhədsiz Həkimlər Təşkilatı Ebolanın çox yayıldığı Liberiya, Qvineya və Sierra-Leoneyə 700 nəfərdən ibarət beynəlxalq yardım işçisi göndərib. Təşkilat xəstələrə yardım, ölənlərin dəfni və xəstəliyin yayılmasının qarşısının alınması ilə bağlı 3000 nəfərə qədər insana təlim keçib. Lakin xəstəlik vüsət aldıqdan sonra tibb məntəqələri və dərman çatışmazlığı problemə çevrilib. Buna görə də qərbi Afrikadan gələn Ebola virusu ilə mübarizə üçün həkim, tibb və yardım işçilərinin hazırlanması üçün interaktiv kurslar yaradılıb.

Xəstəliklə mübarizəyə aid təlimlər hamının anlaması üçün sadə tərtib edilib və 11 paraqrafdan ibarətdir. Bu təlim proqramına xəstəliyin başlamasından tutmuş müdafiə strategiyası, müalicə və psixoloji yardım, eləcə də müalicədən sonrakı dövr daxildir. Hər mərhələnin sonunda dərslərin qavranıldığını yoxlamaq üçün testlər var.

Son xəbərlər

Orphus sistemi