Bu il Azərbaycanın səhiyyə sahəsində 28 saxta diplom aşkarlanıb

Bu il Azərbaycanın səhiyyə sahəsində 28 saxta diplom aşkarlanıb Səhiyyə Nazirliyi: Daha çox orta tibb ixtisası təhsil müəssisələrinin (tibb kollecləri) adından verilmiş saxta diplomlara rast gəlinir
Sağlamlıq
4 İyul , 2017 13:00
Bu il Azərbaycanın səhiyyə sahəsində 28 saxta diplom aşkarlanıb
Report

Bakı. 4 iyul. REPORT.AZ/ “Bu ilin ötən dövründə səhiyyə sahəsində 28 saxta diplom aşkarlanıb. Bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib”.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

Onun sözlərinə görə, daha çox orta tibb ixtisası təhsil müəssisələrinin (tibb kollecləri) adından verilmiş saxta diplomlara rast gəlinir: “Ali təhsil müəssisələrinin adından istifadə olunmaqla analoji faktlar çox nadir hallarda müşahidə olunur”.

E.Əzizov onu da əlavə edib ki, saxta diplomların sayında ötən illərlə müqayisədə azalma müşahidə olunur.

Nazirlik rəsmisi qeyd edib ki, bu il aşkar olunan faktların 20-30 faizi xarici ölkədə oxuyub geri qayıdan şəxslərə aiddir.

Son xəbərlər

Orphus sistemi