Səhiyyə Nazirliyinin vəzifələri artırıldı
Sağlamlıq
- 03 iyun, 2020
- 05:24
Səhiyyə Nazirliyi
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”sinə dəyişiklik edilib.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev iyunun 2-də fərman imzalayıb.
Fərmana əsasən, Səhiyyə Nazirliyinin vəzifələri artırılıb.
Belə ki, sənədə edilən əlavəyə görə, Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri istisna olmaqla, digər tibb müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.
Eyni zamanda, Prezident İlham Əliyevin iyunun 2-də imzaladığı fərmanla “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə də dəyişikliklər edilib. Sənədə edilən əlavəyə əsasən, Agentlik TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.
Son xəbərlər
11:12
Yaponiyada zəlzələdən zərərçəkənlərin sayı 35-ə çatıb – YENİLƏNİB
Digər ölkələr11:08
Azərbaycanın futzal liqalarında qış "transfer pəncərəsi" 2026-cı ilin yanvarında açılacaq
Futbol11:06
Kamran İmanov: Süni intellekt iqtisadi artımın hərəkətverici qüvvəsidir
İKT11:04
Bakıda evdə partlayış olub
Hadisə11:01
Parlamentin plenar iclası başlayıb, gələn ilin büdcəsi qəbul ediləcək
Milli Məclis10:58
Samuxda 16 yaşlı oğlan dəm qazından boğularaq ölüb
Hadisə10:48
Video
"Arşın mal alan" Vankuver səhnəsində oynanılacaq
Mədəniyyət siyasəti10:48
Kamboca Tailandla sərhəd qarşıdurmasında yeni itkilər verib
Digər ölkələr10:48