Səhiyyə Nazirliyi tibbi yardımın təşkili şöbəsinə işçi axtarır

Səhiyyə Nazirliyi tibbi yardımın təşkili şöbəsinə işçi axtarır Nazirlik bununla bağlı elan verib
Sağlamlıq
16 İyun , 2016 13:39
Səhiyyə Nazirliyi tibbi yardımın təşkili şöbəsinə işçi axtarır

Bakı. 16 iyun. REPORT.AZ/ Səhiyyə Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib.

Nazirlikdən “Report”a verilən xəbərə görə, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan qurumun dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün ərizənin surəti, əmək kitabçasının surəti, ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə), kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir), bir ədəd ağ rəngli foto şəkil və son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış təqdim edilməlidir.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu iyunun 28-i saat 18:00-dək Səhiyyə Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Səhiyyə Nazirliyinə müraciət edilə bilər. Telefon: 441 26 03 (daxili 312).

Qeyd edək ki, nazirliyin elana çıxardığı vakant yer tibbi yardımın təşkili şöbəsinə 1 ştat üzrə baş məsləhətçi vəzifəsi üzrədir. 

İş yeri Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 1A ünvanında yerləşir. V təsnifat üzrə inzibati vəzifənin maaşı 540 manatdır.

Qulluq funksiyaları: əhalinin sağlamlıq vəziyyətini, demoqrafik xüsusiyyətlərini nəzərə alaraq səhiyyənin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak; tibbi yardımın təşkili sahəsində dövlət proqramlarının, normativ hüquqi aktların və digər sənədlərin hazırlanmasında iştirak; müalicə-profilaktika müəssisələrinin dərman preparatlarına, tibbi texnika və avadanlığa olan tələbatının öyrənilməsi, onların sifarişi və bölüşdü¬rülməsi; Nazirlik tərəfindən əhaliyə göstərilən tibbi yardımın yaxşılaşdırılması məqsədi ilə təkliflərin verilməsi; Nazirliyin digər şöbələri ilə birlikdə əhaliyə tibbi yardımın təşkili işində iştirak; Nazirliyin tibbi yardımın təşkilinə dair əmr, sərəncam, qərar və digər sənədlərinin icrasına nəzarətin həyata keçirilməsi; şöbənin fəaliyyət istiqaməti üzrə dövri hesabatların hazırlanmasında iştirak; səlahiyyətləri daxilində şöbəyə daxil olan müraciətlərin araşdırılması, cavablandırılması və s.

Vəzifənin tutulması şərtləri: təhsil: səhiyyə ixtisas istiqaməti üzrə ali təhsil; iş stajı: ixtisası üzrə 3 il; kompüter: MS Windows, MS Office, Internet və s. (orta-yühsək səviyyədə); xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

Son xəbərlər

Orphus sistemi