“Sədərək”dəki yanğında xəsarət alanların 9 nəfəri DİN və FHN işçiləridir

“Sədərək”dəki yanğında xəsarət alanların 9 nəfəri DİN və FHN işçiləridir Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş verən yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub.
Sağlamlıq
5 Avqust , 2019 09:27
“Sədərək”dəki yanğında xəsarət alanların 9 nəfəri DİN və FHN işçiləridir

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş verən yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub. 

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, onlardan 6-na yerində yardım edilib. 

Nazirlikdən bildirilib ki, qalan 10 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb: "10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülmasində iştirak edən FHN və DİN əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstrildikdən sonra evə buraxılıblar".

Son xəbərlər

Orphus sistemi