Yuxarı

Səhiyyə Nazirliyi rezidenturaya boş qalan yerlərə qəbul olan şəxslərə müraciət edib

Sənədlər 3-4 avqustda nazirliyə təqdim edilməlidir

Bakı. 3 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyi 2015/2016-cı tədris ili üçün rezidenturaya boş qalan yerlərə qəbul olan şəxslərə müraciət edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Rezidentlərin iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, eləcə də ali tibb təhsili haqqında sənəd (diplom) və onun surətini müvafiq quruma təqdim etmələri mütləqdir. 

Məlumata əsasən, rezidentlər sənədlərini 3-4 avqustda saat 10:00-15:00-da Səhiyyə Nazirliyinə (Akad. M.Mirqasımov küç. 1A, Elektron Səhiyyə) təqdim edərək, nazirliklə "Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında" müqaviləni imzaladıqdan sonra qeydiyyatdan keçməlidirlər. 

Xatırladaq ki, rezidenturaya qəbul olan şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi