Səhiyyə Nazirliyi: Ötən gün metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib

Səhiyyə Nazirliyi: Ötən gün metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib Dünən Bakıda müraciətlərin 62-si günvurma ilə bağlı olub
Sağlamlıq
4 İyul , 2018 10:10
Səhiyyə Nazirliyi: Ötən gün metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib
Report
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ "Ötən gün axşam saatlarında işıqların sönməsi ilə bağlı metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib".

Bu barədə "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfaya Əhmədova deyib.

Onun sözlərinə görə, onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib.

Nazirlik rəsmisi qeyd edib ki, ötən gün ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdı 2 133 müraciət daxil olub: "Müraciətlərin 62-si günvurma ilə bağlı olub. Həmin şəxslərdən 46-sı hospitalizasiya olunub. Müraciətlər arasında həyatı təhlükədə olan yoxdur. Çağırışlar arasında heç bir ölüm faktı qeydə alınmayıb".  

Son xəbərlər

Orphus sistemi