Yuxarı

Səhiyyə Nazirliyi Leyla Şıxlinskaya Klinikasının fəaliyyətinin dayandırılması xəbərlərinə münasibət bildirib

Razılıq lisenziyasının müddətinin uzadılması üçün nazirliyə rəsmi qaydada müraciət edilib

Bakı. 10 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyi Leyla Şıxlinskaya Klinikasının fəaliyyətinin dayandırılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, "NORD STAR" şirkəti Leyla Şıxlinskaya Klinikasının fəaliyyətinə razılıq lisenziyasının müddətinin uzadılması üçün nazirliyə rəsmi qaydada müraciət edib.

"Hazırda şirkətin müraciətinə baxılır", - nazirlikdən bildirilib.

Leyla Şıxlinskaya Klinikasından isə "Report"a bildirilib ki, hazırda klinikanın binasında təmir gedir: "Yalnız ağır vəziyyətdə olan xəstələr qəbul edilir".

Qeyd edək ki, Leyla Şıxlinskaya Klinikasının 5 illik lisenziyasının vaxtının bitməsinə az müddət qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi