Səhiyyə Nazirliyi: "Həkimlər 5 il ərzində resertifikasiyadan keçməlidir"

Səhiyyə Nazirliyi: "Həkimlər 5 il ərzində resertifikasiyadan keçməlidir" Sertifikasiya Komissiyasının rəhbəri: "Bu imtahanlarda yalnız işsiz həkimlər könüllü şəkildə iştirak edə bilərlər"
Sağlamlıq
30 Sentyabr , 2016 16:32
Səhiyyə Nazirliyi: Həkimlər 5 il ərzində resertifikasiyadan keçməlidir

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Həm özəl, həm də dövlət tibb müəssisələrində işləyən həkimlər icbari qaydada 5 ildən bir sertifikasiya imtahanlarından keçməlidirlər". 

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi yanında Sertifikasiya Komissiyasının rəhbəri Malik Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu imtahanlarda yalnız işsiz həkimlər könüllü şəkildə iştirak edə bilərlər: "Bəzi tibb işçiləri 5 illəri tamam olduqdan sonra yenidən sertifikasiyadan keçməli olduqlarını hesab edirlər. Lakin bu düşüncə düz deyil. Qanuna görə, onlar 5 il ərzində resertifikasiyadan (təkrar) keçməlidirlər. Məsələn, şəxs 2011-ci ildə sertifikasiyadan keçibsə, 2017-ci ildə təkrar imtahana qatılmayacağını hesab etməsin. O, 5 ilin tamamına 7-8 ay qalmış sənədlərini yenidən verərək sertifikasiyadan keçməlidir".

M.Abbasov əlavə edib ki, bəzi hallarda gecikmələr də olur: "Gecikmə olduqda həmin namizədlər imtahana buraxılmır. Çünki həmin şəxslər artıq işsiz sayılır və onlar faktiki olaraq işdən xaric edilməlidirlər. Biz resertifikasiya prosesi yeni olduğuna görə hələlik bu işə yumşaq yanaşırıq. Onlar yalnız Səhiyyə Nazirliyindən icazə aldıqdan sonra imtahanlarda iştirak edə bilirlər".

Son xəbərlər

Orphus sistemi