Səhiyyə Nazirliyi: "Bakı 2019"da 18 yaşlı türkiyəli basketbolçu sol diz oynağından travma alıb

Səhiyyə Nazirliyi: "Bakı 2019"da 18 yaşlı türkiyəli basketbolçu sol diz oynağından travma alıb Ötən gün Bakı 2019 Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən edilən müraciətlərin sayı açıqlanıb.
Sağlamlıq
23 İyul , 2019 10:05
Səhiyyə Nazirliyi: Bakı 2019da 18 yaşlı türkiyəli basketbolçu sol diz oynağından travma alıb

Ötən gün "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən edilən müraciətlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, iyulun 22-də festival məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət edilib. 

Müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər. 

18 yaşlı türkiyəli qiz basketbolçu sol diz oynağının travması ilə müraciət edib, onu Təcili Tibbi yardım briqadası Kliniki Tibbi Mərkəzə çatdırıb. 

Yardım edildikdən sonra buraxılıb, vəziyyəti normaldır.

Son xəbərlər

Orphus sistemi