Səhiyyə Nazirliyi 6 ayda qeydə alınan qida zəhərlənmələrinin sayını açıqlayıb

Səhiyyə Nazirliyi 6 ayda qeydə alınan qida zəhərlənmələrinin sayını açıqlayıb 6 ay ərzində ölkə üzrə 14 nəfər botulizm ilə xəstələnib
Sağlamlıq
8 İyul , 2015 18:03
Səhiyyə Nazirliyi 6 ayda qeydə alınan qida zəhərlənmələrinin sayını açıqlayıb

Bakı. 8 iyul. REPORT.AZ/ Səhiyyə Nazirliyi bu ilin 6 ayı ərzində ölkədə qeydə alınan qida zəhərlənmələrinin sayını açıqlayıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, 6 ayda 331 qida zəhərlənməsi hadisələri qeydə alınıb ki, bu da keçən ilin müvafiq dövrü ərzində baş verən 521 hadisəyə nisbətən 36,5 % azalma deməkdir.

Qida zəhərlənmələri hadisələrində bu ilin 6 ayı ərzində 418 nəfər, keçən ilin müvafiq dövründə isə 577 nəfər zərərçəkən qeydə alınıb və 27,7% azalma müşahidə olunub.

Eyni zamanda, cari ilin keçən 6 ayı ərzində ölkə üzrə 14 nəfər (2014-cü ilin müvafiq dövründə 17 nəfər) botulizm ilə xəstələnib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar olub, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.

Son xəbərlər

Orphus sistemi