Yuxarı
    Bağlamaq

    Səhiyyə nazirinin müavini: “Valyutalar marja tələblərindən baha satıldığına görə dərman şirkətləri fəaliyyətlərini tənzimləyə bilmir”

    Dünən Tarif Şurası ilə Səhiyyə Nazirliyinin birgə müzakirəsi olub

    Bakı. 8 sentyabr. REPORT.AZ/ "Dolların qiymətinin qalxmasının dərmanların qiymətlərinə təsiri ilə bağlı əczaçılıq şirkətlərinin baş nazirinin müavini Əli Əhmadova etdiyi müraciət Səhiyyə Nazirliyinə də göndərilib".

    "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

    Nazir müavini bildirib ki, məsələ İqtisadiyyat Nazirliyini də narahat edir: "Dünən Tarif Şurası ilə Səhiyyə Nazirliyinin birgə müzakirəsi olub. Çünki çox şirkətlər nazirliyə birbaşa çıxırlar. Əhali də müraciət edir ki, müəyyən dərmanların çatışmazlığı yarana bilər. Hesab edirəm ki, bu məsələ tənzimlənəcək. Çünki İqtisadiyyat Nazirliyi hökumətin, Mərkəzi Bankın qarşısında məsələ qaldırıb ki, bu tənzimlənsin. Burada əsas problem yaradan məsələlər odur ki, valyutalar valyutadəyişmə məntəqələri üçün qoyulan 4 faizlik marjadan yuxarı qiymətə satıldığına görə, bu şirkətlər də öz işlərini normal şəkildə tənzimləyə bilmirlər. Sözsüz ki, şirkət də gətirdiyi dərman preparatlarından özünə qazanc götürməyə maraqlıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi