Yuxarı

Səhiyyə nazirinin müavini ana və uşaq ölümlərinə münasibət bildirib

Ana və uşaq ölümlərinin qarşısının alınması daim Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Azərbaycanda ana və uşaq ölümlərinin qarşısının alınması daim Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, nazirlik hər zaman bu kimi halların qarşısının lazımi səviyyədə alınmasına çalışır: "Bu kimi halların aradan qaldırılması üçün ilk növbədə maddi-texniki bazanın yaxşılaşdırılması, tibb müəssisələrinin müasirləşdirilməsi, kadr hazırlığının təminatını yaxşı etməkdir və bu istiqamətdə davamlı işlər görülür". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi