Səhiyyə işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Səhiyyə işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub
Sağlamlıq
17 İyun , 2016 11:58
Səhiyyə işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Bakı. 17 iyun. REPORT.AZ/ Səhiyyə işçilərinin peşə bayramı münasibətlə səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə Nazirliyinin kollektivi və tibb ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

“Report”un xəbərinə görə, görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.

Nazirliyin kollektivi və tibb işçiləri daha sonra Şəhidlər xiyabanında dövlət müstəqilliyi və ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın məzarlarını ziyarət ediblər, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Son xəbərlər

Orphus sistemi