Yuxarı
    Bağlamaq

    Sağlam gələcək üçün sağlam hüquqi maarifləndirməyə dair treninq təşkil olunacaq

    Növbəti treninq Quba Müalicə Diaqnostika Mərkəzində baş tutacaq© courtesy image

    Bakı. 31 mart. REPORT.AZ/ Səhiyyə Nazirliyi tibb işçilərinin hüquqi cəhətdən maarifləndirilməsi məqsədi ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində treninq keçirir.

    Nazirlikdən “Report”a verilən məlumata görə, treninqdə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin, Siyəzən Rayon Mərkəzi Poliklinikasının, Şabran Rayon Mərkəzi Xəstəxanasının və Xızı Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri iştirak edirlər.

    Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsinin həyata keçirilməsi, habelə şikayətlərin araşdırma taktikasına dair praktiki tövsiyələr haqqında mühazirələrlə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri E.Əzizov və başqaları çıxış edəcəklər.

    Növbəti treninq Quba Müalicə Diaqnostika Mərkəzində təşkil olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi