Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə İmişli rayonunda tibbi müayinələr keçirilib

Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə İmişli rayonunda tibbi müayinələr keçirilib RİİB-in dəstəyi ilə tibbi müayinələr digər regionlarda da təşkil ediləcək
Sağlamlıq
17 İyul , 2017 09:23
Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə İmişli rayonunda tibbi müayinələr keçirilib

Bakı. 17 iyul. REPORT.AZ/ Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (İB) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə İmişli rayonunda məskunlaşan məcburi köçkünlər arasında göz xəstəlikləri üzrə tibbi müayinələr keçirilib.

Bu barədə “Report”a İB-dən məlumat verilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının 10 nəfərlik həkim briqadası göz xəstəliklərinin diaqnostikası məqsədilə 12-15 iyul tarixlərində İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsində yaşayan məcburi köçkünlərin ödənişsiz olaraq müayinə, müayinə nəticələrinə görə laborator yoxlaması və əməliyyat prosedurunu aparıb.

Layihə çərçivəsində İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsi, o cümlədən ətraf kəndlər üzrə 400-dən çox sakin qlaukoma, katarakta, çəp gözlük, gözün müxtəlif iltihabı xəstəlikləri, göz dibi patologiyası və digər müayinələrdən keçib.

Müayinə olunanlardan 7-i Səyyar Klinikada cərrahi əməliyyat edilib. Müalicəsi qısa müddətdə mümkün olmayan xəstələr isə müalicələrinin təşkili məqsədi ilə respublikanın tibb mərkəzlərinə dəvət olunub. RİİB-in dəstəyi ilə tibbi müayinələr digər regionlarda da təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi