Azərbaycanda "quş qripi" ilə bağlı növbəti monitorinq başlayıb

Azərbaycanda "quş qripi" ilə bağlı növbəti monitorinq başlayıb Nəticələr iyunun 11-də ictimaiyyət üçün açıqlanacaq
Sağlamlıq
1 İyun , 2015 14:56
Azərbaycanda quş qripi ilə bağlı növbəti monitorinq başlayıb

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gündən etibarən Azərbaycanda "quş qripi" ilə bağlı növbəti monitorinq başlayıb. Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Məlumata görə, monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.

Nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.

Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq. Nəticələr isə iyunun 11-də ictimaiyyət üçün açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi