Yuxarı

Qurban bayramı günlərində AQTA-nın laboratoriyaları pulsuz xidmət göstərəcək

​Qurban günlərində AQTA-nın laboratoriyaları pulsuz xidmət göstərəcək

"Qurban bayramı günlərində iribuynuzlu və xırdabuynuzlu heyvanların baytarlıq-sanitariya ekspertizasının aparılması ödənişsiz həyata keçiriləcək".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva deyib.

O bildirib: "Qurban bayramı günlərində respublika ərazisində AQTA-nın laboratoriyaları pulsuz xidmət göstərəcək. Heyvanların laborator müayinəsi üçün nəzərdə tutulan dövlət rüsumu bayram günlərində tətbiq edilməyəcək. Daimi kəsim məntəqələri və çadırtipli kəsim məntəqələrində bayram ərəfəsində heyvanların baytarlıq sanitariya ekspertizasının aparılması və həkim müayinələri tamamilə pulsuz aparılacaq".

Qeyd edək ki, adi günlərdə iribuynuzlu heyvanların laborator analizi üçün ödənişin məbləği 5 manat, xırdabuynuzlu heyvanların laborator analizi üçün isə 4 manat müəyyənləşib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi