Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub

Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub Prezident sərəncam imzalayıb
Sağlamlıq
15 Fevral , 2018 15:22
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub.

Bu barədə "Report"a Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev 14 fevral 2018-ci il tarixli 3673 saylı sərəncamı ilə Rüfət Bünyat oğlu Rüstəmzadəni Agentliyin sədr müavini vəzifəsinə təyin edib.

Rüfət Rüstəmzadə 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2002-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb. 2002-2007-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa İkinci Texniki Yardım Layihəsinin işçi qrupunun direktoru olub.

2007-2010-cu illərdə “Caspian Biznes Consaltinq” MMC-nin idarəedici tərəfdaşı, 2010-2013-cü illərdə isə Liviya – Azərbaycan QSC-nin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib. 2014-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri vəzifələrində çalışıb. Rüfət Rüstəmzadə daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyib.

Son xəbərlər

Orphus sistemi