Qeyri-iş günlərində Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb

Qeyri-iş günlərində Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb KTM-in Toksikologiya şöbəsinə 36 müraciət daxil olub
Sağlamlıq
29 Mart , 2015 14:38
Qeyri-iş günlərində Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb

Bakı. 29 mart. REPORT.AZ/ "Qeyri-iş günlərində (9 gün ərzində) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 36 müraciət daxil olub". Bunu "Report"a KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, müraciət edənlərdən 21-i xəstəxanaya qəbul edilib: "Müraciət edənlərdən 14-ü qadın, 7-si kişi, 2-si uşaq olub. Bundan başqa, bayram günlərində 4 nəfər dəm qazından zəhərlənmə ilə bağlı müraciət edib".

Şöbə müdiri onu da qeyd edib ki, istirahət günlərində allergik vəziyyətlə bağlı 5 nəfər müraciət edib.

Son xəbərlər

Orphus sistemi