Azərbaycana yeni gətirilən peyvənd gələn ay rayon Gigiyena və Epidemiologiya mərkəzlərinə paylanılacaq

Azərbaycana yeni gətirilən peyvənd gələn ay rayon Gigiyena və Epidemiologiya mərkəzlərinə paylanılacaq Peyvənd hazırda Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində saxlanılır
Sağlamlıq
27 Yanvar , 2016 09:33
Azərbaycana yeni gətirilən peyvənd gələn ay rayon Gigiyena və Epidemiologiya mərkəzlərinə paylanılacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ "Azərbaycana yeni gətirilən inaktivləşdirilmiş polimelit peyvəndi fevral ayının ikinci on günlüyündən sonra rayon Gigiyena və Epidemiologiya mərkəzlərinə göndəriləcək. Bu proses səhiyyə naziri Oqtay Şirəliyevin vaksinin istifadə edilməsi ilə bağlı yaxın günlərdə imzalayacağı əmrindən sonra başlayacaq". Bunu "Report"a nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva bildirib. 

Onun sözlərinə görə, müvafiq əmrdən sonra rayon GEM-ləri vaksini yerlərdəki uşaq poliklinikalarına paylayacaq: "Bundan sonra isə vaksinin 6 ayı tamam olmuş uşaqlara yalnız bir dəfə vurulması planlaşdırılır".

Mərkəzin direktor müavini onu da qeyd edib ki, yanvarın 13-də Azərbaycana gətirilən inaktivləşdirilmiş polimelit peyvəndi hazırda Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində saxlanılır: "Hollandiya istehsallı peyvənd 5 dozalı flakonda qablaşdırılıb. Vaksini hazırlayan şirkət "Bilthoven Biologicals"dır".

Son xəbərlər

Orphus sistemi