Pediatr-allerqoloq allergiyası olan uşaqlara peyvənd vurulması ilə bağlı məsələyə aydınlıq gətirib

Pediatr-allerqoloq allergiyası olan uşaqlara peyvənd vurulması ilə bağlı məsələyə aydınlıq gətirib Bakı. 13 aprel. REPORT.AZ/ Son zamanlar Azərbaycanda ağır formada olan asmalı xəstəyə rast gəlinməyib.
Sağlamlıq
13 Aprel , 2018 11:46
Pediatr-allerqoloq allergiyası olan uşaqlara peyvənd vurulması ilə bağlı məsələyə aydınlıq gətirib

Bakı. 13 aprel. REPORT.AZ/ "Son zamanlar Azərbaycanda ağır formada olan asmalı xəstəyə rast gəlinməyib".

"Report" xəbər verir ki, bunu pediatr-allerqoloq, professor Amaliya Əyyubova deyib.

O bildirib ki, diatezli körpələrdə gələcəkdə bu və ya digər allergik xəstəliklər özünü büruzə verəcək: "Bəzi valideynlər diqqətsizlik edərək övladlarının mütəmadi şəkildə burunlarının axmasına ciddi yanaşmırlar. 2025-ci ilə qədər dünyada hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək. Qidalar bu sahədə əsas problemlərdən biridir. Eləcə də iqlim dəyişikliyi də bu xəstəliyin yayılmasına təsir edən amillərdən biridir".

A.Əyyubova əlavə edib ki, allergiyalı körpələrə peyvənd vurulması mübahisəli məsələdir: "Ümumiyyətlə peyvənd o körpələrə vurulmalıdır ki, onlar tamamilə sağlam olsunlar. Son vaxtlar valideynin icazəsi olmadan peyvənd edilmir. Tək-tək körpələrdə peyvəndlər ağır fəsadlara yol açır. Bu da uşağın immun sisteminin zəif olması ilə əlaqədardır. Belə körpələrə peyvənd vurulması qadağandır".

O həmçinin vurğulayıb ki, allergiyası olan uşaqlara peyvənd vurmaq olar: "Lakin bunu yalnız remisiya dövründə etmək mümkündür. Uşaqlar ümumiyyətlə, peyvənddən iki həftə əvvəl buna hazır olmalıdırlar. Hətta peyvənd vurulduqdan iki həftə sonra da qoruyucu metoddan istifadəni təkrarlamaq lazımdır".

Son xəbərlər

Orphus sistemi