Özəl klinikada əməliyyat olunan həkim komaya düşərək ölüb

Özəl klinikada əməliyyat olunan həkim komaya düşərək ölüb Faktla bağlı araşdırma aparılır
Sağlamlıq
17 Aprel , 2018 10:36
Özəl klinikada əməliyyat olunan həkim komaya düşərək ölüb

Bakı. 17 aprel. REPORT.AZ/ Bakıda həkim əməliyyatdan sonra vəfat edib.

"Report" un xəbərinə görə, Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otolarinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.

Belə ki, 63 yaşlı Ə.Bayramlı ötən həftə Bakıda yerləşən "MediStyle Hospital"da bud-çanaq oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni "MediStyle Hospital"da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib. O, uzun illər hərbi həkim olub. Ə.Bayramlı pasientləri və həmkarları arasında savadlı həkim kimi tanınıb. Həmkarlarının sözlərinə görə, Ə.Bayramlı sağlam adam olub, sadəcə ayağını yerə basmaqda çətinlik çəkirmiş. Buna görə də əməliyyat olunub.

Son xəbərlər

Orphus sistemi