Ötən il Azərbaycanda qeydə alınan xəstəliklərin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan xəstəliklərin sayı açıqlanıb 2015-ci ildə pedikulyoz, bakterial dizenteriya, sifilis, insanın immun çatışmazlığı virusu ilə xəstələnənlərin sayı bir qədər artıb
Sağlamlıq
19 Yanvar , 2016 18:09
Ötən il Azərbaycanda qeydə alınan xəstəliklərin sayı açıqlanıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda qeydə alınan xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı illik yekun hesabatda bildirilib.

2015-ci ilin yanvar-noyabr aylarında 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədə epidemik parotit (44,4 faiz), hepatit A virusu (42,8 faiz), qoturluq (35,0 faiz), quduzluq (33,3 faiz), skarlatina (31,7 faiz), qarayara ilə (20,0 faiz) xəstələnmə halları azalıb.

Kəskin poliomielit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb. Bununla yanaşı, pedikulyoz, bakterial dizenteriya, sifilis, insanın immunçatışmazlığı virusu ilə xəstələnənlərin sayı bir qədər artıb.

Son xəbərlər

Orphus sistemi