Yuxarı

Ötən il Azərbaycanda hərbi xidmətə çağırılan bir nəfərdə böyrək çatışmazlığı aşkarlanıb

Keçən il 32 xəstənin hər iki böyrəyi funksiyasını itirib

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Ötən il Azərbaycanda hərbi xidmətə çağırılan gənclərdən 1 684 nəfəri, bu ilin 6 ayı ərzində isə 283 nəfəri uroloji xəstəliklərlə bağlı klinikada müayinə olunub".

"Report"un xəbərinə görə, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin gənclər adətən xəstəlikləri əvvəldən bilinərək klinikaya göndərilir və hərbi xidmətə yola salmaq üçün onların vəziyyəti - xəstəlikləri aşkarlanır: "Ötən il hərbi xidmətə çağırılan 1 xəstədə böyrək çatışmazlığı aşkar olunub və o da dializə yönləndirilib".

Respublika Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev isə tədbirdə hər iki böyrəyi imtina edən xəstələrin sayını açıqlayıb. Onun sözlərinə görə, ötən il belə xəstələrin sayı 32 nəfər olub: “Onlardan yalnız 1-də xəstəlik xroniki hala keçib. Digərləri isə əvvəlcədən sağlam olduqları üçün 6-7 seans hemodializ aldıqdan sonra normal həyatlarına qayıdıblar”. ܑ

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi