Yuxarı

Ötən ay Azərbaycanda 11 obyektin istismarı dayandırılıb

Bir nəfərin işdən kənarlaşdırılması barədə qərar qəbul edilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Ötən ay Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 29 müəssisənin sahibi inzibati qaydada cərimə olunub. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

O bildirib ki, sentyabr ayında 11 obyektin istismarının müvəqqəti dayandırılması, eləcə də 1 nəfərin işdən kənarlaşdırılması barədə qərar qəbul edilib: "Ötən ay 254 yeyinti məhsulundan orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə nümunə götürülüb və onlardan dördünün nəticəsi qeyri-kafi olub. Bakterioloji məhsullardan götürülən 219 nümunədən mənfi nəticə əldə edilməyib".

İ.Abdullayevin sözlərinə görə, soyuq qəlyanaltıdan 41 nümunə götürülüb və mənfi nəticəsi olmayıb: "Şadlıq evlərindən 881 yaxma nümunəsi götürülüb ki, bunlarda mikrobioloji çirklənmə aşkar olunmayıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi