Oqtay Şirəliyev Qusarda vətəndaşlar üçün qəbul keçirəcək

Oqtay Şirəliyev Qusarda vətəndaşlar üçün qəbul keçirəcək Bakı. 21 iyun. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev Qusarda vətəndaşlar üçün qəbul keçirəcək.
Sağlamlıq
21 İyun , 2018 15:22
Oqtay Şirəliyev Qusarda vətəndaşlar üçün qəbul keçirəcək
Səhiyyə naziri Oqtay Şirəliyev / Report
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev Qusarda vətəndaşlar üçün qəbul keçirəcək.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul iyun ayının 21-i saat 11:00-da Qusar Mərkəzi Rayon Xəstəxanasında olacaq.

Nazir Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair onları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Qusar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi