​Oqtay Şirəliyev Mingəçevir sakinlərini qəbul edib

​Oqtay Şirəliyev Mingəçevir sakinlərini qəbul edib Vətəndaşların müraciətlərinin əsas hissəsini sağlamlıq problemləri, kadr məsələləri və s. məsələlərlə bağlı olub
Sağlamlıq
16 Mart , 2015 14:33
​Oqtay Şirəliyev Mingəçevir sakinlərini qəbul edib

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Mingəçevir Mərkəzi rayon xəstəxanasında vətəndaşları qəbul edib. Nazirlikdən "Report"a verilən məlumata görə, Mingəçevir, Bərdə, Goranboy, Yevlax rayon sakinləri öz müraciət, şikayət, təklif və fikirlərini nazirə bildiriblər.

Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların müraciətlərinin əsas hissəsini sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmilləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi