Respublika Klinik Xəstəxanasında 490 dağınıq skleroz xəstəsi dövlət proqramı əsasında müalicə edilir

Respublika Klinik Xəstəxanasında 490 dağınıq skleroz xəstəsi dövlət proqramı əsasında müalicə edilir Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında müəssisənin fəaliyyətinə həsr edilmiş tədbir keçirilib
Sağlamlıq
4 Avqust , 2016 16:25
Respublika Klinik Xəstəxanasında 490 dağınıq skleroz xəstəsi dövlət proqramı əsasında müalicə edilir

Bakı. 4 avqust. REPORT.AZ/ Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında müəssisənin fəaliyyətinə həsr edilmiş tədbir keçirilib.

"Report"un məlumatına görə, tədbirdə qeyd edilib ki, səhiyyə sistemində həyata keçirilən köklü islahatlar tibb müəssisələrinin müasir avadanlıqlarla təchizatına, həkim və orta tibb personalının ixtisas səviyyəsinin yüksəlməsinə və nəticədə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır.

Qeyd edilib ki, xəstəxananın bütün şöbələri, o cümlədən Konsultativ poliklinika, Şüa diaqnostika şöbəsi, Kliniki laboratoriya, Biokimyəvi laboratoriya, Fizioterapiya və tibbi bərpa şöbəsi, Endoskopiya kabineti, Hemadializ şöbəsi, Cərrahiyyə əməliyyat bloku və s. 2015-2016-cı illərdə təmir edilərək xəstələrin istifadəsinə verilib.

1960-cı ildən fəaliyyət göstərən 660 çarpayılıq xəstəxana çox profilli olub 23 stasionar şöbədən, 1 poliklinikadan, diaqnostik və yardımçı şöbələrdən ibarətdir.

Xəstəxanada əhaliyə 326 həkim xidmət edir. Səhiyyə müəssisəsində 3 nəfər tibb elmləri doktoru, 4 - fəlsəfə doktoru, 7 - tibb elmləri namizədi, 1 fəlsəfə elmləri namizədi çalışır. Həkimlər və orta tibb personalı mütəmadi olaraq sertifikasiyadan və təkmilləşdirmə kurslarından keçirlər. Bu günə 321 həkim sertifikasiyadan keçmiş, 72 nəfər isə təkmilləşdirmə kurslarında iştirak edib.

Eyni zamanda xəstəxanada 556 orta tibb işçisi fəaliyyət göstərir. Onlardan 504 nəfər sertifikasiyadan keçmiş, 118 nəfər təkmilləşdirmə kurslarında iştirak edib.

Hazırda müəssisədə 11 kafedra fəaliyyət göstərir. Kafedralarda 18 tibb elmləri doktoru və 42 tibb elmləri namizədi çalışır.

Xəstəxanada xəstələr zəruri ambulator və stasionar müalicə keçirlər. 2015-ci ildə Respublika Klinik Xəstəxanasına 14912 xəstə, 2016-cı ilin bitmiş dövrü ərzində isə 13140 xəstə daxil olub.

Səhiyyə müəssisəsi ən müasir avadanlıqlarla təchiz edilib. Xəstəxana ultrasəs müayinə aparatları, kompüter tomoqrafiya, maqnit rezonans, müasir rentgen aparatları, yeni doğulmuşlar üçün CPAP aparatları, süni böyrək aparatları və s. müasir avadanlıqla təchiz edilib.

Xəstəxanada xəstələr bir sıra dövlət proqramları, o cümlədən dağınıq skleroz, hemofiliya üzrə dövlət proqramları, çərçivəsində müayinə edilir, müalicə alır və zəruri dərman vasitələri ilə təchiz edilirlər. Respublika Klinik Xəstəxanasında 1690 hemofiliyalı xəstə və 490 dağınıq skleroz xəstəsi dövlət proqramı əsasında müalicə edilir və dərmanlarla təhciz olunur.

Son xəbərlər

Orphus sistemi