Səhiyyə Nazirliyi: Bakıda özünü yandıran şəxsin vəziyyəti ağır olaraq qalır

Səhiyyə Nazirliyi: Bakıda özünü yandıran şəxsin vəziyyəti ağır olaraq qalır Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda özünü polis bölməsinin qarşısında yandıran şəxsin vəziyyəti ağır olaraq qalır.
Sağlamlıq
14 Yanvar , 2019 09:55
Səhiyyə Nazirliyi: Bakıda özünü yandıran şəxsin vəziyyəti ağır olaraq qalır
Report

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda özünü polis bölməsinin qarşısında yandıran şəxsin vəziyyəti ağır olaraq qalır.

Bu barədə “Report”a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, özünü yandıran 1985-ci il təvəllüdlü Tərlan İslamovun bədəninin 65 faiz hissəsi yanıb. 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə yerləşdirilən T.İslamovun tənəffüs yolları yanıb: “Bədənin müxtəlif nahiyələri yanan həmin şəxs 3-cü dərəcəli yanıq diaqnozu ilə müalicəsini Reanimasiya şöbəsində davam etdirir və vəziyyəti ağırdır”.

Qeyd edək ki, T.İslamov Sulutəpə qəsəbəsində 40-cı Polis Bölməsinin qarşısında üzərinə benzin tökərək özünü yandırıb.

Son xəbərlər

Orphus sistemi