Naxçıvanın Stomatoloji Mərkəzi yenidən təşkil olunacaq

Naxçıvanın Stomatoloji Mərkəzi yenidən təşkil olunacaq Mərkəz Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu qazanıb
Sağlamlıq
4 Oktyabr , 2017 00:22
Naxçıvanın Stomatoloji Mərkəzi yenidən təşkil olunacaq

Bakı. 4 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın Stomatoloji Mərkəzinin yenidən təşkil olunması haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Stomatoloji Mərkəzi muxtar respublikanın Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Stomatoloji Mərkəzə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

Sərəncama əsəasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla, Stomatoloji Mərkəzin istifadəsində olan əmlak və avadanlıqların sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin balansına verilməsi təmin olunacaq. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi