Bakı. 8 noyabr. REPORT.AZ/ Son 10 ildə Naxçıvanda fəaliyyətə başlayan tibb obyektlərinin adları açıqlanıb.
"Report" Naxçıvan Muxtar Respublikası
Səhiyyənin inkişafı istiqamətində Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində ali və orta ixtisas tibb kadrlarının hazırlanması davam etdirilib. Əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına da ciddi təkan verib. Belə ki, 2008-ci ildə muxtar respublikada doğulanda gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən kişilərdə 70,8, qadınlarda isə 76,4 yaş təşkil edirdisə, 2017-ci ildə bu göstərici 78,6, o cümlədən kişilər üçün 76,5, qadınlar üçün isə 80,6 yaş səviyyəsində olub.