Yuxarı

Naxçıvanda 10 min nəfərə 15 həkim düşür

Muxtar respublikada 686 həkim var

Bakı. 31 avqust. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında hər on min nəfərə 15 həkim düşür.

"Report" xəbər verir ki, bu gün 207-si rayonlarda olmaqla muxtar respublikada əhaliyə 229 tibb müəssisəsi tərəfindən xidmət göstərilir. Həmin tibb müəssisələrində 686 həkim, 2 min 72 orta tibb işçisi çalışır ki, bu, muxtar respublika üzrə hər 10 000 nəfərin 15 həkim, 46 orta tibb işçisi ilə təmin olunması deməkdir.

Qeyd edək ki, muxtar respublikada 5 özəl tibb müəssisəsi də fəaliyyət göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi