Naxçıvanda 12 xəstə üzərində açıq ürək əməliyyatı aparılacaq

Naxçıvanda 12 xəstə üzərində açıq ürək əməliyyatı aparılacaq Naxçıvan Respublika Xəstəxanasında “Azərbaycan səhiyyəsində yeniliklər” adlı elmi-praktiki konfrans keçirilir
Sağlamlıq
11 Dekabr , 2015 19:33
Naxçıvanda 12 xəstə üzərində açıq ürək əməliyyatı aparılacaq

Bakı. 11 dekabr. REPORT.AZ/ Naxçıvanda millət vəkili, tanınmış ürək cərrahı Rəşad Mahmudovun rəhbərliyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadası 12 xəstə üzərində açıq ürək əməliyyatı aparacaq. 

Bu barədə "Report"a deputat Rəşad Mahmudov özü məlumat verib.

O bildirib ki, Naxçıvan Respublika Xəstəxanasında “Azərbaycan səhiyyəsində yeniliklər” adlı elmi-praktiki konfrans keçirilir: "Konfransda dünyada tibb sahəsindəki ən son yeniliklər, Azərbaycan səhiyyəsinin son illərdəki nailiyyətləri və Naxçıvanda səhiyyənin bu günü və gələcəyi mövzuları müzakirələrin əsas istiqamətidir".

Millət vəkilinin sözlərinə görə, onun rəhbərliyi altında keçirilən aksiyada Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadası 100-ə yaxın xəstə müayinə edəcək: "Eləcə də 12 xəstə üzərində açıq ürək əməliyyatı həyata keçiriləcək".

Cərrah həmçinin qeyd edib ki, aksiya 10-14 dekabr tarixlərini əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi