Yuxarı

Naxçıvan Səhiyyə Nazirliyi: Laborator analizlərin nəticələrində “donuz qripi” virusu aşkar edilməyib

“Görülmüş tədbirlər nəticəsində muxtar respublikada epidemioloji durum tam stabildir”

Bakı. 12 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının (MR) Səhiyyə Nazirliyi MR-də “donuz qripi”nin olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalarla Mübarizə və Sanitar Karantin Nəzarəti şöbəsi tərəfindən muxtar respublikanın sərhəd keçid məntəqələrində karantin tədbirlər görülür, digər ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidələr aparılır. Bu günə qədər muxtar respublikanın səhiyyə müəssisələrinə müraciət edən kəskin respirator infeksiyalı xəstələrdən götürülən laborator analizlərin nəticələrində “donuz qripi” (H1N1) virusu aşkar edilməyib: “Görülmüş tədbirlər nəticəsində muxtar respublikada epidemioloji durum tam stabildir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi