Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsi şərtlərinə dəyişiklik edilib

Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsi şərtlərinə dəyişiklik edilib Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunan şəxslər əvəzedici müalicə proqramından kənarlaşdırılacaq
Sağlamlıq
10 Mart , 2016 00:59
Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsi şərtlərinə dəyişiklik edilib

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları”nda dəyişiklik edib.

“Report”un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, bundan sonra əvəzedici müalicə proqramının iştirakçısı yardımçı müalicə zamanı narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunduqda proqramdan çıxarılacaq və bir daha qaytarılmayaq.

Son xəbərlər

Orphus sistemi