“Bütün sahələrdə müasir dövrün tələblərinə cavab verməyən mütəxəssislər işdən kənarlaşdırılır. Bu həm də tibb sahəsində çalışan şəxslərə aiddir”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov "Real Tv"yə müsahibəsində deyib.
O qeyd edib ki, bu gün bütün dünyada tibb və texnologiya durmadan inkişaf edir: “Kim bununla ayaqlaşa bilmirsə, istər-istəməz kənarda qalır”.