Millət vəkili: "Azərbaycan vərəmə qarşı effektiv mübarizə aparır"

Millət vəkili: "Azərbaycan vərəmə qarşı effektiv mübarizə aparır" Azərebaycanda 80-nə yaxın ixtisaslaşmış vərəm mərkəzləri fəaliyyət göstərir
Sağlamlıq
18 Sentyabr , 2017 11:40
Millət vəkili: Azərbaycan vərəmə qarşı effektiv mübarizə aparır
Report

Tbilisi. 18 sentyabr. REPORT.AZ/ Sentyabrin 18-də Tbilisidə "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində vərəmə qarşı mübarizədə parlamentlərin rolu" mövzusunda beynəlxalq konfrans keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, konfransda əsasən vərəm xəstəliyinin səbəbləri, yayılma tendensiyası, onun qarşısının alınmasında dövlətlərin və parlamentlərin rolu geniş müzakirə olunub. Bildirilib ki, bu gün dünyada hər il 3 milyona yaxın imsan məhz bu xəstəlikdən olür, bəzi ölkələrdə bu xəstəliyə qarşı mübarizənin təşkilində problemlər mövcuddur. Məqsəd parlamentlərin köməyi ilə problemin həllinə yardım etməkdir.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva konfransda, eləcə də keçirdiyi görüşlərdə Azərbaycanda bu xəstəliyə qarşı mübarizə sahəsində görulmüş işlər, qəbul olunmuş dövlət proqramları barədə məlumat verib. Millət vəkili bildirib ki, bu gün Azərbaycanda vərəmə qarşı mübarizə metodları yeni qaydada həyata keçirilir, dərman preparatları xəstələrə pulsuz paylanılır, Еlmi-Тədqiqat Аğciyər Хəstəlikləri İnstitutunun nəzdində Milli Vərəm Proqramı Mərkəzi bu xəstəliyə qarşı mübarizədə yeni imkanlar yaradıb.

S. Vəliyeva "Report"a açıqlamasında vərəmin çox cətin müalicə olunan xəstəlik olduğunu deyib: "Bu xəstəliyin yayılma riski böyük olduğundan daha çox diqqət tələb edir. Onun yayılmasına daha çox ağır sosial həyat şərait, müharibələr, ərzaq çatışmazlığı səbəb olur. Bu gün Azərbaycanda bu xəstəliyin yaratdığı problemlərin qarşısının alınması uçün effektiv tədbirlər görülür. Ölkəmizdə 80-nə yaxın ixtisaslaşmış vərəm mərkəzləri, müxtalif xəstəxanalar fəaliyyət göstərir. Azərbaycanda penitensiar xidmətdə də vərəm mərkəzi və xəstəxanası yaradılıb. Bu da beynəlxalq təşkilatlar tərəfındən yüksək qiymətləndirilir".

Konfrans işini sabah davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi